Gürcüstan özünü yeni münaqişə təhlükəsindən sığortalamaq üçün Ukraynaya silah vermir. Bu barədə müdafiə naziri Cuanşer Burçuladze bildirdi.
“Biz hesab edirik ki, Ukraynaya silah verməməklə biz Gürcüstan vətəndaşlarının maraqlarını qoruyuruq, Gürcüstanı yeni münaqişə təhlükəsindən sığortalayırıq”,- deyə müdafiə naziri qeyd etdi.
Bundan əvvəl Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib ki, bu Gürcüstan Qərbin Rusiyaya qarşı tətbiq etdiyi maliyyə-iqtisadi sanksiyalara qoşulmayacaq, çünki bu sanksiyalar Gürcüstana daha çox zərbə vuracaq.