“Sputnik Azərbaycan” saytının şef-redaktoru Veranika Antonova-Trizno Azərbaycanı tərk edir. Azərbaycan KİV-ləri bildiriblər ki, onun ölkə ərazisində işləmək üçün icazəsinin vaxtının uzadılmasına imtina cavabı gəlib.
Onun həyat yoldaşı olan Pavel Antonovun icazəsinin də vaxtı uzadılmayıb. Hər iki şəxs Belarus vətəndaşıdır.
Onların iş icazəsinin uzadılması ilə bağlı edilən müraciətə imtina zamanı avtomatik olaraq yaşayış icazəsi də ləğv edilir.