Baş nazir Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclasının iştirakçılarını: Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı, Rusiyanın xarici işlər naziri Sergey Lavrovu, Belarusun xarici işlər naziri Vladimir Makeyi, Qazaxıstanın xarici işlər naziri Muxtar Tleuberdi, Qırğızıstanın xarici işlər naziri Sirojidin Muxriddin və KTMT-nin baş katibi Stanislav Zası qəbul edib.
Açılış nitqində baş nazir Paşinyan qeyd edib:
"Bilirsiniz ki, KTMT ölkələrimizin təhlükəsizliyinin təmin edilməsində ən mühüm amillərdən biridir. Təəssüflə deməliyəm ki, təşkilatımızın məsuliyyəti sahəsində vəziyyət o qədər də sabit deyil. Bu kontekstdə hesab edirəm ki, böhranın qarşısının alınması və vaxtında idarə olunması mexanizmlərinin tətbiqi üçün yaxından əməkdaşlıq etmək, məlumat mübadiləsi aparmaq, vəziyyəti qiymətləndirmək lazımdır”.
KTMT xarici işlər nazirləri ilə görüşdə ER baş naziri mövcud regional vəziyyətə, Ermənistan-Azərbaycan sərhədinin derlimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının fəaliyyətinə, regional kommunikasiyaların açılmasına, bu günə qədər Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin və girovların geri qaytarılmasına toxunub. Bu kontekstdə Nikol Paşinyan beynəlxalq ictimaiyyətin dəstəyini vacib sayıb.
Baş nazir vurğulayıb ki, Ermənistan regional kommunikasiyaların açılmasında maraqlıdır, və açılmalı olan bütün yollar onların keçdiyi ölkələrin suverenliyi əsasında fəaliyyət göstərəcək: “dəhliz” məntiqi ola bilməz, bu universal yanaşmadır. Dağlıq Qarabağ münaqişəsinin həlli kontekstində Nikol Paşinyan Dağlıq Qarabağın statusu məsələsini vurğulayıb və münaqişənin ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində sülh yolu ilə həll edilməli olduğunu qeyd edib.
ER Baş naziri bildirib ki, 2021-ci il ilin may ayından Azərbaycan qoşunlarının Ermənistanın suveren ərazisinə soxulmasıməsələsi hələ də açıq qalır, bununla bağlı Ermənistan KTMT-yə müraciət edib. Bu kontekstdə KTMT-nin monitorinqinin və çevik reaksiya mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb ki, bu da təşkilatın fəaliyyətinin və üzv ölkələrin təhlükəsizlik çağırışlarına cavab vermək xidmətinin səmərəliliyini artıracaq.