Moskva Yerevanla dinamik və mənalı siyasi-diplomatik dialoqu yüksək qiymətləndirir. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransı zamanı bildirdi.
“Biz Ermənistan Respublikası ilə münasibətlərə əhəmiyyət veririk. Qardaş xalqlarımızı çoxəsrlik mədəni və sivilizasiya əlaqələri, dərin yaxınlıq bağlayır. Və biz çətin anlarda həmişə bir-birimizə təmənnasız dəstək olduq. Biz dinamik, mənalı siyasi-diplomatik dialoqu, o cümlədən ən yüksək səviyyədə olan dialoqu yüksək qiymətləndiririk”,- Lavrov qeyd etdi.