ER Xİ naziri Ararat Mirzoyan rusiyalı həmkarı ilə birgə mətbuat konfransında regional kommunikasiyaların açılması, o cümlədən delimitasiya məsələlərinə toxunub.
“Biz vurğulamışıq ki, regional kommunikasiyaların açılması yeni imkanlar yarada, o cümlədən Ermənistan və Rusiya arasında logistik əlaqəni şaxələndirə bilər.
11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanat bu prosesin dəqiq çərçivəsini müəyyən edir və ümid edirik ki, bu yaxınlarda Moskvada baş tutan Baş nazirin müavinləri səviyyəsində işçi qrup öz müsbət nəticələrini qeydə alacaq.
"Biz Ermənistan və Azərbaycan arasında delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın ilk iclasından məmnunluq ifadə etdik və onun səmərəli fəaliyyətinə ümid bildirdik"- deyə Mirzoyan bildirib.
ER xarici işlər naziri xatırladıb ki, bu formatda növbəti görüşün Moskvada keçiriləcəyi artıq elan olunub.