BMT-nin baş katibi Antoniu Quterreş bildirdi ki, Ukraynada müharibənin təsirləri 2022-ci ildə qida çatışmazlığı ilə üzləşən insanların sayını 47 milyon nəfərə çatdıra bilər.
BMT-nin Ümumdünya Ərzaq Proqramının (WFP) hesabatına görə, müharibənin ərzaq təhlükəsizliyi, enerji və maliyyəyə təsiri sistemlidir.
Baş katib vurğuladı ki, mövcud böhran bütün ölkələrə təsir edəcək.
“Ərzaqdan ciddi şəkildə məhrum olan insanların sayı son illər iki dəfə artıb. Dünyada hər beş işçidən üçü pandemiyadan əvvəlkindən daha az maaş alır. Müharibə görünməmiş aclıq və yoxsulluq dalğası ilə təhdid edir, sosial və iqtisadi xaos yaradır. Ərzaq qiymətləri demək olar ki, rekord həddə çatıb”,- deyə Quterreş qeyd etdi.
O əlavə etdi ki, enerji qiymətlərinin artması dünyanın bir çox yerlərində yanacaq çatışmazlığına səbəb olub.