Ermənistan Respublikasının Parlamentinin İqtisadi məsələlər üzrə daimi komissiyasının sədr müavini Babken Tunyan qeyd edib ki, mart-aprel aylarında Ermənistanda rekord sayda şirkət yaradılıb.
“Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin aprel-may aylarında Ermənistanda 2735 MMC qeydiyyatdan keçib, onlardan 1443-ü martda, 1292-si isə apreldə yaradılıb.
2021-ci ilin mart-aprel ayları ilə müqayisədə qeydiyyatdan keçmiş MMC-lərin sayı 2,3 dəfə artıb.
2019-cu ilin mart-aprel ayları ilə müqayisədə də artım var”,- deyə qeyd olunub.