Ermənistan və Azərbaycan münasibətlərin normallaşması prosesində irəliləyişə nail ola bilər. Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya üzrə köməkçisi Karen Donfrid bildirib.
“Ümid edirəm ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsini sülh yolu ilə həll edə biləcəklər.Hesab edirəm ki, biz hər iki ölkənin, Azərbaycanın və Ermənistanın mühüm addımlar atdığını gördük. ABŞ bütün bu təşəbbüslərini dəstəkləyir”, - o deyib.