ER-nın xarici işlər naziri Ararat Mirzoyan RF-nın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında bir daha təsdiqləyib ki, regional kommunikasiyaların blokdan çıxarılması kontekstində ümumi yanaşma var ki, bütün açılmış nəqliyyat infrastrukturu və yolları keçdikləri ölkələrin suverenliyi və qanunvericiliyi əsasında fəaliyyət göstərməlidir.
“Açılması lazım olan bütün yollar keçdikləri ölkələrin suverenliyi və qanunvericiliyi əsasında fəaliyyət göstərəcək. Yəni dəhliz məntiqinin yeri yoxdur, bu, ümumi yanaşmadır”- deyə Mirzoyan bildirib.
Eyni zamanda, Mirzoyan qeyd edib ki, tərəflərin fərqli baxışları olan məsələlər var.
“Ancaq işlər davam edir. Düşünürəm ki, qarşılıqlı məqbul həllərimiz olacaq” – deyə Mirzoyan bildirib.