NATO ölkələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) inkişafını bəyənmirlər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
Rusiya XİN başçısı qeyd etdi ki, KTMT Avro-Atlantik məkanda tarazlığı təmin edən amilə çevrilməlidir.
Lavrov vurğuladı ki, KTMT inkişafını davam etdirəcək, lakin bu, NATO ölkələri də daxil olmaqla hamının xoşuna gəlmir.
“Əminəm ki, struktur çərçivəsində apardığımız müzakirələr regionda təhlükəsizliyin bərqərar edilməsi təşəbbüsləri uğur qazanacaq, KTMT-nin reputasiyası və səsi daha əhəmiyyətli olacaq”, - diplomat bildirib.