“Qafqazda “3+3” formatını, həmçinin Azərbaycan və Ermənistan, Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasını müzakirə etdik. Bu mövzularda Rusiyanın verdiyi dəstəyə görə təşəkkür edirəm”.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrov ilə birgə mətbuat konfransında bildirib.
“Xüsusilə Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanmasının bölgənin sabitliyi baxımından önəmli olduğunu düşünürük” - deyə Türkiyə XİN başçısı qeyd edib.