Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə bu ölkədə keçiriləcək NATO hərbi təlimlərini müzakirə etməyib, lakin Rusiya hərbçiləri bu təlimləri diqqətlə izləyir.
Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
Eyni zamanda, Dmitri Peskov Türkiyənin Şimali Atlantika Alyansının üzvü olduğunu xatırladıb.
"Biz bunu yaxşı bilirik",- Peskov dedi.