Rusiya Xarici İşlər Nazirliyi bildirdi ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 8-də Ankaraya işgüzar səfəri zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Ukraynadakı vəziyyəti, eləcə də Moskva və Kiyev arasında danışıqların bərpası perspektivlərini müzakirə edəcək.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər Cənubi Qafqaz, Yaxın Şərq, Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda vəziyyəti müzakirə etmək niyyətindədirlər.