Baş nazir Nikol Paşinyan Venesiya Komissiyasının sədri Kler Bazi-Malorini qəbul edib.
Nikol Paşinyan AŞPA ilə əməkdaşlığı effektiv qiymətləndirib.
Hökumət və Avropa institutları arasında əməkdaşlıq kontekstində Baş nazir 44 günlük müharibədən sonra Azərbaycanda saxlanılan erməni hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin qaytarılması ilə bağlı AİHM ilə ardıcıl işi də xatırladıb.
Həmsöhbətlər ikitərəfli əməkdaşlığın gündəliyi ətrafında fikir mübadiləsi aparıblar. Baş nazir vurğulayıb ki, məhkəmə sistemində islahatlar hökumətin prioritetlərindən biri olaraq qalır.
Kler Bazi-Malori qeyd edib ki, o, baş nazirin fikirlərini bölüşür: Venesiya Komissiyası öz alətləri ilə Ermənistan Respublikası Hökumətinə, Konstitusiya Məhkəməsinə bu prosesdə dəstək verəcək.