İyunun 7-8-də ER baş nazirinin müşaviri Artaşes Tumanyan, ER infrastruktur nazirinin müavini Hakob Vardanyan regional və ikitərəfli iqtisadi əməkdaşlıq proqramlarını müzakirə etmək üçün Aşqabada gediblər.
“Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Türkmənistanın neft-qaz sektorunu əlaqələndirən baş nazirin müavini, ER-Türkmənistan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Şahım Abdrahmanov, baş nazirin sənaye və energetika məsələləri üzrə müavini Çarımırat Purçekov ilə görüşüblər.
Görüşlər zamanı xüsusilə qaz və energetika sahəsində əməkdaşlığa, o cümlədən ER-Türkmənistan iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının keçiriləcək iclasına hazırlıqla bağlı məsələlərə toxunulub” – deyə ER-nin Türkmənistandakı səfirliyi bildirib.