“3+3” əməkdaşlıq platformasının növbəti iclası ən qısa zamanda keçiriləcək.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
O, ilk iclasın Moskvada keçirildiyini xatırladıb. Lavrov, “3+3” əməkdaşlıq platformasının qapısının Gürcüstana hər zaman açıq olduğunu bir daha bəyan edib.
"Növbəti görüş hazırlıq mərhələsindədir, ümid edirəm ki, biz yaxın vaxtlarda keçirilməsini elan edə biləcəyik" - deyə Lavrov əlavə edib.