Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və rusiyalı həmkarı Sergey Lavrov arasında görüşün gündəliyi məlum olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Rusiya-Türkiyə münasibətlərinin vəziyyəti və inkişaf perspektivlərini müzakirə edəcək, həmçinin Ukrayna, Cənubi Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Mərkəzi Asiya və Qara dəniz regionunda durumla bağlı fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, XİN başçıları arasında görüş iyunun 8-də Türkiyənin paytaxtı Ankarada baş tutacaq.