ER baş nazirinin müavini Mher Grigoryan Amerika Birləşmiş Ştatlarının Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Lin Treysini qəbul edib.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Amerika ikitərəfli əməkdaşlığına dair məsələləri müzakirə ediblər. Polis islahatlarının əsas istiqamətləri, o cümlədən patrul xidmətinin fəaliyyəti və Daxili İşlər Nazirliyinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Regional nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması istiqamətində aparılan işlərə də toxunulub.