Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Parlament Assambleyası Şurasının iclası keçirilib.
Qonaqpərvərliyə görə erməni tərəfinə təşəkkür edən Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin tədbir iştirakçılarını Kollektiv Təhlükəsizlik Müqaviləsinin imzalanmasının 30 illiyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının yaradılmasının 20 illiyi münasibətilə təbrik edib.
Vyaçeslav Volodin qeyd edib ki, Parlament Assambleyası dövlətlərin təhlükəsizliyinin və suverenliyinin təmin edilməsinə öz töhfəsini verir.
İclasda KTMT Kollektiv Təhlükəsizlik Şurasının sentyabr (2021-ci il) sessiyasının qərarlarının icrası və təşkilatın hesabat dövründəki fəaliyyəti, KTMT-yə üzv dövlətlərin sülhməramlı fəaliyyətinin hüquqi təminatının təkmilləşdirilməsi, üzv dövlətlərin seçki prosesləri ilə bağlı bir sıra digər məsələlər müzakirə olunub.
2021-2025-ci illər strategiyası, PA-nın fəaliyyətinin maliyyələşdirilməsi, beynəlxalq müşahidə missiyasının seçkilərdə iştirakı ilə bağlı məsələlər da gündəmdə olub.
KTMT PA Şurasının 15-ci plenar iclası Payızda Rusiya Federasiyasında keçiriləcək.