Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə "Efes-2022" beynəlxalq təlimini izləmək üçün Türkiyəyə işgüzar səfər edib.
Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində Z.Həsənov Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini də ziyarət edəcək.
İzmirdə “Efes 2022” beynəlxalq hərbi təlimləri iyunun 9-dək davam edəcək.