Ermənistan Respublikasının Parlamentinin sədri Alen Simonyan KTMT Parlament Assambleyasının iclası çərçivəsində Ermənistanda səfərdə olan Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Təkbətək söhbətdən sonra onlar geniş tərkibdə görüşə qoşulublar.
Görüş zamanı Alen Simonyan Dağlıq Qarabağ münaqişəsini də müzakirə etdi.