ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşüb.
“Sallivan ABŞ-ın Cənubi Qafqazda sülh, təhlükəsizlik və firavanlığa sadiqliyini bir daha bildirdi. O, Ermənistan və Azərbaycan arasında davamlı sülhün bərqərar olması üçün göstərilən əhəmiyyətli diplomatik səyləri yüksək qiymətləndirib", - bəyanatda deyilir.
Sallivan ABŞ adından müxtəlif vasitələrlə, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədri kimi prosesdə yaxından işləməyə və irəliləyişi dəstəkləməyə hazır olduğunu bildirib.