3 iyun 2022-ci il tarixində Moskvada Ermənistan Respublikası baş nazirinin müavini Mher Qriqoryanın, Rusiya Federasiyasının baş nazirinin müavini Aleksey Overçukun və Azərbaycan Respublikasının baş nazirinin müavini Şahin Mustafayevin birgə sədrliyi ilə üçtərəfli işçi qrupun 10-cu iclası keçirilmişdir. Bu barədə Ermənistan Respublikasının hökuməti məlumat yayıb.
Tərəflər sərhəd, gömrük və digər nəzarət növlərinə yanaşmalarını, Ermənistan Respublikası və Azərbaycan Respublikasının ərazilərindən avtomobil və dəmir yollarında vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin təhlükəsiz keçməsi məsələlərini müzakirə edib və mövqelərini aydınlaşdırıblar.
Görüş zamanı Azərbaycan Respublikasının qərb rayonları ilə Naxicevan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edən magistralın Ermənistan ərazisindən keçməsi üçün mümkün marşrutları müzakirə ediblər
Tərəflər Ermənistan Respublikası, Rusiya Federasiyası və Azərbaycan Respublikası liderləri arasında regionda nəqliyyat əlaqələrinin açılmasına dair əldə edilmiş razılaşmaların həyata keçirilməsi üzərində işi davam etdirəcəklər.