Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana səfər edəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Lavrov iyunun 10-da Yerevanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) XİN başçıları Şurasının iclasında iştirak edəcək.
İclas iştirakçıları Ermənistanın təşkilata rəhbərlik etdiyi dövrdə KTMT çərçivəsində çoxtərəfli əməkdaşlığa yekun vuracaqlar və gələcək əməkdaşlığı müzakirə edəcəklər.