Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığı yüksək qiymətləndirir. Bunu ER Parlamentinin vitse-spikeri Ruben Rubinyan iyunun 3-də Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.
Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri, Aİ-nin səfiri Andrea Viktorin iştirak edib.
Tərəflər Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi aparıblar. Ruben Rubinyan Ermənistan Respublikasının mövqelərini və prioritetlərini təqdim edib. Toivo Klaar Aİ-nin prosesin təşviqində maraqlı olduğunu vurğulayıb.
Həmsöhbətlər regional vəziyyəti müzakirə edib, Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını vacib hesab ediblər.