Azərbaycan və İran arasında yeni memorandum imzalanıb.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter”də yazıb.
"İranın neft naziri Cavad Övci ilə ölkələrimiz arasında iqtisadi münasibətlərin cari vəziyyəti və inkişafı barədə danışdıq. Bu ölkənin Neft Nazirliyi ilə imzaladığımız memorandum ölkələrimiz arasında təbiiqaz sahəsində əməkdaşlığın genişlənməsinə fayda verəcək",- deyə o qeyd edib.