İyunun 2-də BMT-nin Təhlükəsizlik Şurasında Beynəlxalq sülhün və təhlükəsizliyin qorunması gündəliyi çərçivəsində, Albaniya baş nazirinin sədrliyi ilə “Beynəlxalq hüququn ciddi şəkildə pozulması hallarında məsuliyyətin və ədalətin gücləndirilməsi” mövzusunda müzakirə aparılıb.
Beynəlxalq Ədalət Məhkəməsinin sədri Coan Donahyu və İnsan Hüquqları üzrə Ali Komissar Mişel Baçelet məruzələrlə çıxış edib.
Görüşdə çıxış edən ER-nin BMT-dəki daimi nümayəndəsi Mher Margaryan soyqırımı, insanlığa qarşı cinayətlər və müharibə cinayətlərinin qarşısının alınması kontekstində keçmişdə törədilmiş cinayətlərin cəzasız qalması məsələsinə toxunub.
Qeyd olunub ki, Ermənistan Azərbaycandakı anti-erməni nifrəti və irqçi ritorikası ilə bağlı dəfələrlə beynəlxalq ictimaiyyəti xəbərdar edib və bu, beynəlxalq təşkilatlar tərəfindən də sənədləşdirilib.
2020-ci ilin payızında Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı təcavüzə və onun humanitar nəticələrinə toxunan səfir Margaryan qeyd edib ki, Azərbaycan beynəlxalq hüquq çərçivəsində üzərinə götürdüyü öhdəlikləri pozaraq, erməni hərbi əsirləri və mülki şəxsləri əsirlikdə saxlamağa davam edir.
Həmçinin erməni mədəni və dini irsinin qorunub saxlanması və antierməni nifrətinin aradan qaldırılması ilə bağlı Azərbaycanın öhdəliklərinə də toxunulub.
ER-nın daimi nümayəndəsi qeyd edib ki, BMT-nin əsas orqanı kimi Beynəlxalq Ədalət Məhkəməsi ədalət və məsuliyyətin təmin edilməsində, beynəlxalq hüquqa inamın gücləndirilməsində mərkəzi rol oynayır.