İyunun 3-də Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüş zamanı həmsöhbətlər Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı məsələləri müzakirə ediblər, bu kontekstdə Təhlükəsizlik Şurasının katibi Aİ-nin rolunu yüksək qiymətləndirib.
Tərəflər mövcud humanitar məsələlərə, xüsusən də erməni hərbi əsirlərin və digər saxlanılan şəxslərin vətənə qaytarılması məsələsinə xüsusi diqqət yetiriblər.