ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild Türkiyə xarici işlər nazirinin müavini Sedat Önal ilə görüşü zamanı bildirib ki, Türkiyənin Suriyanın şimalında keçirdiyi hərbi əməliyyat “İslam Dövləti” terror təşkilatına qarşı aparılan mübarizə səylərini sarsıda bilər.
“Səfir Tomas Qrinfild qeyd edib ki, ABŞ Suriyanın şimalında hərbi əməliyyatların bərpasına qarşıdır”,- deyə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin bəyanatında qeyd edilir.