Gürcüstanın baş naziri İrakli Qaribaşvili ER baş naziri Nikol Paşinyanla telefonla danışdı.
Gürcüstan hökumətindən verilən məlumata görə, Qaribaşvili Paşinyanı ad günü manasibətlə təbrik etdi, sağlıq və uğurlar, dost erməni xalqına isə, difah və firavanlıq arzuladı.
Söhbət zamanı Gürcüstanın baş naziri iki ölkə arasında olan əməkdaşlıq və dostluq münasibətlərini vurğuladı.
Tərəflər əməkdaşlığı gücləndirmək prespektivlərini də müzakirə etdi və yaxın gələcəkdə görüş keçirməyə razılaşdılar.