“Litva xalqı Ukrayna üçün “Bayraktar TB-2”nin alınmasına şərəflə vəsait toplayıb”.
Bunu Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar” şirkəti açıqlayıb.
“Bunu bilən “Baykar” şirkəti Litvaya “Bayraktar TB2” hədiyyə edəcək və toplanan məbləğin humanitar yardım üçün Ukraynaya göndərilməsini istəyəcək”, - şirkətin tviter səhifəsində qeyd olunub.
Litvanın milli müdafiə naziri Arvidas Anuşauskas isə Türkiyənin bu jestinə görə təşəkkürünü bildirib:
“Bu inanılmazdır. Az öncə Türkiyə Litva xalqının almaq üçün pul yığdığı “Bayraktar”ı təmənnasız şəkildə verməyə razılaşıb. Bu, möhtəşəmdir! Toplanan pula “Bayraktar” üçün lazım olan sursat alacağıq, qalan pul da Ukraynaya dəstəyə gedəcək. Təşəkkürlər, Türkiyə!”