Rusiyanın XİN başçısı Sergey Lavrovun Türkiyəyə səfəri zamanı nümayəndə heyətinin tərkibində Müdafiə Nazirliyinin nümayəndələri də olacaq.
Bu barədə Rusiya Prezidentinin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi, xarici işlər nazirinin müavini Mixail Boqdanov bildirib.
O, Lavrovun Türkiyə səfərində hərbi mövzuların da gündəmdə olacağını vurğulayıb.
Boqdanov iki nümayəndə heyətinə xarici işlər nazirinin rəhbərlik edəcəyini əlavə edib.