Amerika Birləşmiş Ştatları Ukraynaya 700 milyon dollarlıq yeni təhlükəsizlik yardım paketini rəsmən təsdiqləyib.
Bunu ABŞ dövlət katibi Entoni Blinken NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.
Paketə sursat, antiatəş radarları, hava müşahidə radarları, əlavə Javelin antitank raketləri, eləcə də antizireh silahları daxildir.