Yunanıstanın xarici işlər naziri Nikos Dendias Ankaraya təhqir və münasibətləri gərginləşdirməkdən çəkinməyə çağırıb. Yunanıstanın XİN başçısı qeyd etdi ki, Yunanıstan Türkiyənin onu təhdid etdiyini söyləyərkən haqlıdır.
«Mən Türkiyənin Yunanıstanın BMT-yə məktubu ilə bağlı qıcıqlanmasını tam başa düşürəm, Biz Türkiyənin bütün tələblərinə inandırıcı və hüquqi cəhətdən cavab verib. Bununla belə, ən hesab edirəm ki, Türkiyə tərəfi təhqirdən, münasibətlərin daimi kəskinləşməsindən çəkinməlidir. Bu heç nə vermir”,- Densias qeyd etdi.
XİN başçısının sözlərinə görə, Yunanıstan beynəlxalq hüquqa, beynəlxalq dəniz hüququna, Birləşmiş Millətlər Təşkilatının prinsiplərinə və Avropa və dünya dəyərlərinə əsaslanan seçdiyi yolu davam etdirəcək.