İyunun 1-dən 3-dək Yerevanda Avropanın 40 üzv ölkəsindən 90-dan çox nümayəndənin iştirakı ilə BMT-nin Dünya Turizm Təşkilatının Avropa Regional Komitəsinin 67-ci iclası işə başlayır.
İclas çərçivəsində iyunun 3-də “Turizm və kənd icmalarının inkişafı: təcrübələr turizm sahəsini necə formalaşdırır və qiymətləndirir” mövzusunda beynəlxalq konfransının təşkili planlaşdırılır. Burada Avropa regionuna üzv dövlətlərin nümayəndələri, eləcə də Ermənistanın dövlət və özəl sektorlarının nümayəndələri iştirak edəcəklər.
Ekspertlər əmindirlər ki, iclasın Ermənistanda keçirilməsi ölkənin turizmin destinasiyası olaraq imicinin yüksəlməsinə, xüsusən də Ermənistanın Avropa regionunda mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.