Fransa Ermənistanla Azərbaycan arasında müsbət dinamikanı dəstəkləyir. Bu barədə Emanuel Makron Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bildirdi.
“Fransanın Ermənistanla Azərbaycan arasında sülh sazişi üzrə danışıqlara və münasibətlərin normallaşmasına dair sarsılmaz sadiqliyini bir daha təsdiqləyirəm. Əmin ola bilərsiniz ki, Azərbaycan ilə Ermənistan arasında istər xarici işlər nazirləri səviyyəsində birbaşa təmasların qurulması, istərsə də sərhəd məsələsi üzrə ikitərəfli komissiyanın yaradılması istiqamətində son aylarda yaranmış və nəticələrini gördüyümüz müsbət dinamikanı dəstəkləyirəm", - məktubda qeyd olunub.