ER Müdafiə Nazirliyi bildirir ki, KİV-lərdə və sosial şəbəkələrdə “Azərbaycan bölmələrinin ER Syunik bölgəsinin Nerkin Hand kəndi qarşısındakı dağlıq ərazidə yenidən irəlilənməsi” barədə yayılan məlumat həqiqətə uyğun deyil.
“ER Müdafiə Nazirliyinin 21 mart 2020-ci il tarixində yaydığı bəyanatda deyildiyi kimi, Azərbaycan bölmələrinin sərhədin qeyd olunan hissəsində yerləşdirilməsi 2020-ci il 9 noyabrından sonra, müharibədən sonrakı dövrdə qeydə alınıb.
Eyni zamanda, yerləşdirilmə qeydə alındıqdan dərhal sonra ER Silahlı Qüvvələri Azərbaycan mövqelərini nəzarətə götürmək üçün lazımi addımlar atıb, nəticədə Azərbaycan hərbçilərinin ərazidəki hərəkəti tam nəzarət altındadır və hər hansı irəliləyiş cəhdi cavab tədbirlərə gətirib çıxartacaqdır.
Müdafiə Nazirliyi bir daha ordunun nüfuzuna xələl gətirən, eləcə də ictimaiyyət arasında əsassız gərginliyə səbəb olan həqiqətə uyğun olmayan məlumatları yaymaqdan çəkinməyə çağırır”, - nazirliyin bəyanatında deyilir.