İyunun 1-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Martakert rayonunun Vağuhas icmasında uşaq bağçası binasının açılış mərasimində iştirak etmişdir.
Dövlət vəsaiti hesabına və xeyriyyəçilərin dəstəyi ilə inşa edilən bina 60 uşaq üçün nəzərdə tutulub və bütün müasir şəraitə malikdir.
Arayik Harutyunyan bütün uşaqları bayram münasibəti ilə təbrik edərək vurğulayıb ki, hakimiyyət Artsaxda onlar üçün sabit, layiqli gələcək qurmaq üçün bütün səylərini göstərir.
Tədbirdə Artsax Prezidentinin Aparatının rəhbəri Karen Şahramanyan, təhsil, elm, mədəniyyət, idman, ərazi idarəetmə, infrastruktur nazirləri və rayonun administrasiyasının rəsmiləri iştirak edirdilər.