Azərbaycan Respublikasının prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.
Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr tarixli razılaşmalarının regionda dinc həyatın nizamlanması və sabitliyin möhkəmlənməsi, iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı konkret məsələlərin həlli xüsusi qeyd olunmaqla icrasının gedişi nəzərdən keçirilib.
İlham Əliyev mayın 22-də Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü barədə məlumat verib.