“Sanksiyaların təzyiqi hər kəsin üzərində hiss olunur. Türkiyə də sanksiyalardan təsirlənir”.
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Bizim mövqeyimiz konkretdir. Təbii ki, hər kəs istədiklərinə qarşı sanksiyalar tətbiq edə bilər. Biz isə ancaq BMT-nin tətbiq etdiyi sanksiyalarda iştirak edəcəyik, digər sanksiyalarda isə iştirak etmirik. Bunun faydalarını isə hər kəs görür”, - o söyləyib.