Gümrüdən olan boksçu, üçqat Avropa çempionu Hovhannes Baçkovu bu gün rayon və şəhər rəhbərliyinin nümayəndələri, idmansevərlər və idmançılar qarşılayıblar. Bu barədə Şirak icra hakimiyyətinin administrasiyası məlumat yayıb.
Yerevanda keçirilən Avropa çempionatında Hovhannes Baçkov 63,5 kq çəki dərəcəsində finalda Fransa təmsilçisi Lyuni Hamrui ilə yarışaraq qalib gəlib və üçüncü dəfə Avropa çempionu adını qazanıb.