Mayın 30-da Ermənistanın müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin sülhməramlı qüvvələrinin briqadasında olub, Beynəlxalq Sülhün Müdafiəsi Gününə həsr olunmuş təntənəli mərasimdə iştirak edib.
Hərbçiləri peşə bayramları münasibətilə təbrik edən müdafiə naziri İraq, Kosovo, Əfqanıstan, Suriya, Livan, Mali və Qazaxıstanda tərəfdaş ölkələrin hərbçiləri ilə birgə həyata keçirilən sülhməramlı missiyalara görə təşəkkür edib.
Müdafiə naziri və onu müşayiət edən yüksək rütbəli zabitlər hərbi hissənin ərazisində ucaldılmış abidənin önünə gül dəstələri düzərək, 44 günlük müharibədə həlak olan qəhrəmanların xatirəsini ehtiramla yad ediblər.