Övladları Almaniyadan Azərbaycana deportasiya edildikdən sonra həbs edilən bir qrup şəxs mayın 31-də Almaniyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Onlar AFR hökumətini bu ölkənin həbs təhlükəsinə baxmayaraq, deportasiya etdiyi insanların taleyinə biganə qalmamağa çağırıblar. Amma səfirlikdən etirazçıların qarşısına heç kim çıxmayıb, polis isə aksiyanın başlamasından 10 dəqiqə sonra etirazçıları diplomatik missiyanın binasından uzaqlaşdırıb, Turan agentliyi bildirir.
Xatırladaq ki, ötən ilin oktyabrından etibarən Almaniyadan Azərbaycana deportasiya beş fəal: Mütəllim Orucov, Malik Rzayev, Pünhan Kərimli, Cəfər Mirzəyev və Samir Aşurov cinayət ittihamı ilə həbs edilib.
Daha bir fəal, Ziya İbrahimli mayın 19-da Almaniyadan gəldikdən dərhal sonra saxlanılıb və inzibati qaydada 30 gün müddətinə həbs edilib.