Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Hindistanın aparıcı “VİON” media orqanına müsahibə verib.
Ermənistan-Hindistan münasibətlərinə toxunan nazir qeyd etdi ki, ölkələrimiz qarşılıqlı maraq doğuran sahələrdə, xüsusilə yüksək texnologiyalar, nəqliyyat, qida istehsalı, səhiyyə, əczaçılıq sənayesi, turizm, mədəniyyət və müdafiə sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensiala malikdir.
“Və nəhayət, regional və beynəlxalq məsələlərdə ölkələrimizin kifayət qədər ümumi maraqları var. Biz Hindistanın ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə davamlı dəstəyini yüksək qiymətləndiririk. Ümumiyyətlə, Ermənistan qlobal qarışıqlıqların hökm sürdüyü bu vaxtlarda Hindistanın balanslaşdırılmış, sabitləşdirici mövqeyini yüksək qiymətləndirir”,- deyə Ararat Mirzoyan qeyd etdi.
XİN başçısı vurğuladı ki, iki ölkənin Müdafiə Nazirlikləri arasında yaşı münasibətlər var və nazirliklər arasında hərbi-texniki əməkdaşlıq getdikcə inkişaf edir.
“Ermənistan Hindistanda bir sıra sərgilərdə iştirak edib. Şübhəsiz ki, son illər Hindistan müdafiə texnologiyaları və sənaye sahəsində sürətli irəliləyişlər əldə edib bu da Ermənistanın müdafiə sektoru üçün çox maraqlıdır”,- XİN rəhbəri əlavə etdi.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Çabahar limanı layihəsinə qoşulub-qoşulmamasına dair məsələsinə cavab olaraq XİN başçısı qeyd etdi ki, Ermənistan bir sıra kommunikasiya layihələrini fəal şəkildə müzakirə edir.
“Bu baxımdan biz Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi, Çabahar limanı, həmçinin Fars Körfəzi-Qara Dəniz Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində dialoqumuzu və əməkdaşlığımızı inkişaf etdirməkdə maraqlıyıq və digər tərəfdaşlarla da əlaqə saxlayırıq. Ermənistan Hindistanın bu dəhlizdəki potensialını və perspektiv rolunu kifayət qədər əhəmiyyətli hesab edir.”,- Ararat Mirzoyan vurğuladı.
Ermənistanın xarici işlər naziri regiondakı vəziyyətə və Azərbaycanın Artsaxa qarşı başlatdığı müharibəəyə, davam olunan ətxribatlara da toxunub.
“Regionumuzda vəziyyət qeyri-sabit və gərgin olaraq qalır. 2020-ci ildə Azərbaycanın Dağlıq Qarabağa qarşı başlatdığı müharibənin sonrakı sarsıntıları Ermənistan və bütün regionuna hələ də təsir edir. Rusiyanın vasitəçiliyi ilə 2020-ci ilin noyabrın 9-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli bəyanatından sonra əldə olunan atəşkəsdən sonra genişmiqyaslı hərbi əməliyyatlar dayandırılsa da, bir çox məsələlər həllini tapmamış qalır.
Azərbaycan üçtərəfli bəyanatını və beynəlxalq humanitar hüququn müddəalarını açıq şəkildə pozaraq, beynəlxalq ictimaiyyətin açıq çağırışlarına məhəl qoymayaraq, erməni hərbi əsirləri və digər məhbusları azad etməkdən imtina edir.
Müharibədən sonra Azərbaycanın nəzarəti altında olan ərazilərdə erməni mədəni və dini irsinin dağıdılması, təhqir olunması və təhrif edilməsinin real təhlükəsi də başqa məsələdir. Azərbaycan YUNESKO-nun qiymətləndirmə missiyasının münaqişədən zərər çəkmiş ərazilərə səfər etməsinə mane olur, bu səfər erməni irsinin tam məhv olmaqdan qorunmasına kömək edəcək.
Rəsmi Bakının ermənilərə qarşı nifrətlə dolğun ritorikası hələ davam olunur. Dağlıq Qarabağ ətrafında hələ də atəşkəs pozulur. Son hadisə martın 24-də Azərbaycan silahlı qüvvələrinin Dağlıq Qarabağın Parux kəndinə zorla daxil olunması idi”,- Ararat Mirzoyan deyib.
Ararat Mirzoyan 2020-ci ildəki müharibədə pakistanlı muzdluların Azərbaycana dəstək verməsinə də toxunub.
O qeyd etdi ki, muzdluların əksəriyyəti Yaxın Şərqdən Azərbaycana göndərilib, bunu ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin kəşfiyyat xidmətləri də təsdiqləyib.
“Muzdluların hər hansı cəlb edilməsi vəziyyəti daha da gərginləşdirir, çünki bu, yerli münaqişəyə daha geniş regional miqyas verir və bu, avantürist və qeyri-qanunidir. Bu cür hərəkətlər regional vəziyyət sabitləşsə də belə hərəkətlər regional vəziyyətə həmişə uzunmüddətli və mənfi təsir göstərir”,- Mirzoyan bildirdi.