Ermənistan Respublikasının Prezidenti Vahaqn Xaçaturyan mayın 30-da Gürcüstana rəsmi səfər edəcək.
Səfər çərçivəsində Ermənistan prezidenti Vahaqn Xaçaturyanın Gürcüstan prezidenti Salome Zurabişvili ilə təkbətək söhbəti, daha sonra isə geniş tərkibdə görüşü nəzərdə tutulub.
Prezident Vahaqn Xaçaturyan Gürcüstanın baş naziri İrakli Qaribaşvili və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ilə də görüşəcək. Səfər çərçivəsində prezidenti Ümumgürcüstan Katolikos-Patriarxı II İliya qəbul edəcək.