Mayın 31-də Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin başçılıq etdiyi nümayəndə heyəti Türkiyəyə rəsmi səfər edəcək. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 3 günlük səfər çərçivəsində Baş nazirin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü nəzərdə tutulub. Bunun ardınca nümayəndə heyəti səviyyəsində danışıqlar aparılacaq.
Nazirlik vurğulayıb ki, iki lider Pakistan-Türkiyə ikitərəfli münasibətlərinin bütün istiqamətlərini əhatə etməklə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Hər iki lider görüşlərdən sonra birgə mətbuat konfransında çıxış edəcək.
Qeyd edək ki, bu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Türkiyəyə ilk rəsmi səfəridir.