ER Müdafiə Nazirliyinin inzibati kompleksində müdafiə naziri Suren Papikyanın sədrliyi ilə kollegiya iclası keçirilib, iclasda hərbi xidmətin cəlbediciliyinin artırılması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Kollegiyanın iclasında videobağlantı vasitəsilə hərbi hissələrinin komandirləri də iştirak ediblər.
Müdafiə naziri çıxışında müzakirə olunan məsələnin silahlı qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi üçün çox vacib olduğunu vurğulayaraq, ölkənin hərbi-siyasi rəhbərliyinin bu məsələni daim diqqət mərkəzində saxladığını bildirib.
Suren Papikyan əmin edib ki, yaxın gələcəkdə bir sıra addımlar atılacaq ki, bu da hərbi xidmətin cəlbediciliyini əhəmiyyətli dərəcədə artıracaq.
Müdafiə naziri qaldırılan məsələlərin ağlabatan müddətdə müvafiq həllinin tapılması ilə bağlı tapşırıqlar verib.