Bölgədəki yollar ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörməti çərçivəsində açıla bilər. Rəsmi Tehranın bu qənaətini Yerevanda səfir Abbas Bədəxşan Zohuri bir daha təsdiqləyib.
Diplomat Kapanda konsulluq açmaq niyyətinə də toxunaraq qeyd edib ki, İranla Ermənistan arasında dövlət səviyyəsində razılaşmalar var, lakin onlar hələ də müvafiq ərazi müəyyən olunmadı.
“Ermənistan, Azərbaycan və Rusiyanın peşəkar üçtərəfli qrupunun görüşləri yaxşı nəticələr verir. Mediadan bildiyimizə görə, bəzi anlaşılmazlıqlar aradan qaldırılır. Bu baxımdan, bütün tərəflərin beynəlxalq səviyyədə tanınmış qanunlara hörmət etməsi və danışıqların konstruktiv atmosferdə keçməsi vacibdir.
Region inkişaf etməyə hazırdır və bu, səmərəli danışıqlar nəticəsində mümkün olacaq. Təbii olaraq ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət çərçivəsində yollar açıla bilər. İran beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun gələn bütün məsələləri dəstəkləyəcək”,-deyə səfir vurğuladı.