Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə (XİN) dəvət edilib.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Xarici işlər nazirinin müavini Xələf Xələfov Fransa səfirinə mayın 27-də Paris şəhərinin meri Ann İdalqonun Artsax Prezidenti Arayik Harutyunyanla görüşməsi ilə bağlı etirazını bildirib.
Xatırladaq ki, mayın 27-də Artsax Respublikasının Prezidenti Arayik Harutyunyan Paris meri Ann İdalqonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdi. Görüş Syunikdəki Goris şəhərində baş tutub.