Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan prezidenti İlham Əliyevin mayın 27-də verdiyi bəyanatına reaksiya verib:
“Azərbaycan prezidenti İlham Əliyevin mayın 27-də verdiyi bəyanatlar Azərbaycan tərəfinin qeyri-konstruktivliyini, razılaşmalarla bağlı həqiqətə uyğun olmayan şərhlərini, təcavüzkar və döyüşkən siyasətin davam etdirilməsini bir daha sübut edir.
Qonşu dövlətin suveren ərazisinə qarşı ambisiyalar və bu məqsədlərə çatmaq üçün gücdən istifadə etmək mövqeyindən çıxış etmələr beynəlxalq hüquq normalarına hörmətsizlikdən başqa bir şey deyil və bu, Azərbaycanın regionda sülhə nail olmaq niyyətinin səmimiliyini ciddi şəkildə şübhə altına alır.
ER Xarici İşlər Nazirliyi erməni tərəfinin prinsipial mövqeyini bir daha təsdiq etməyi zəruri hesab edir ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dair danışıqlar hər iki tərəfin təklifləri əsasında aparılmalıdır və bu, problemlərin bütün gündəliyini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin yekun həlli məsələsini daxil etməlidir.
Azərbaycan tərəfinin spekulyasiyaları ilə Dağlıq Qarabağ məsələsini ərazi mübahisəsi kimi təqdim etməyə cəhd edilir, lakin söhbət Artsax ermənilərinin hüquqlarının icrasından və etnik təmizləmə təhlükəsini istisna etməkdən gedir.
Bununla bağlı xatırladırıq ki, Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə dəstək üçün ATƏT-in Minsk Qrupu həmsədrlərinin 1995-ci ildə aldığı beynəlxalq mandatı mövcud olmağa davam edir.
Biz Azərbaycan rəhbərliyini mövcud formatlarda müzakirələrə döyüşkən ritorika ilə zərbə vurmamağa çağırırıq.
Eyni zamanda, biz beynəlxalq ictimaiyyətin diqqətini rəsmi Bakının səsləndirdiyi bəyanatlara cəlb edir, beynəlxalq tərəfdaşların birmənalı münasibətini gözləyirik, çünki yalnız bu halda Cənubi Qafqazda sabitliyə və sülhə nail olmaq mümkün olacaq”.